yaş boğmaq

someone is quite beside oneself with smth. / one is nearly out of one’s mind вне себя / не помнить себя от гнева (быть в гневе)
yastığınız yüngül olsun!
yaş özünü göstərir
OBASTAN VİKİ
Yaş (dəqiqləşdirmə)
Azərbaycan dilində aşağıdakıları ifadə edir : Yaş (orqanizm) - canlı orqanizmin anadan olandan ölənədək fəaliyyət göstərdiyi zaman kəsiyi ; Yaş (rütubətlilik) - əşyanın normadan artıq rütubətlilik faizi.
Yaş dəsmal
Yaş dəsmal — və ya "Yaş salfet" — kiçik bir tikə nəmləndirilmiş salfet və ya parça. Ümumiyyətlə qatlanmış və fərdi rahatlığı təmin etmək üçün örtülü olur. Yaş dəsmal şəxsi gigiyena və ya ev təmizlənməsi kimi, təmizləmə məqsədləri üçün istifadə olunur.
Yaş məhdudiyyəti
Yaş məhdudiyyəti — kütləvi mədəniyətdə istehsal olunan verilişlərə, filmlərə və kompüter oyunlarına reytinq sistemi ilə birgə qoyulan dövlət siyasətidir. Bir çox Amerika və Avropa ölkələrində televiziyada 23:00–03:00 saatları arasında göstəriləcək filmlərdən əvvəl yaş məhdudiyyəti cədvəli qoyulur.
Yaş psixologiyası
Yaş psixologiyası - Psixologiya elminin pedaqoji psixologiya ilə sıx bağlı olan digər mühüm bir sahəsidir. Yaş psixologiyası insanda anadan olandan ömrünün axırına qədər psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiyyətin psixi prosesləri və xassələrinin ontogenezdə inkişaf xüsusiyyətlərini öyrənir. İnsanın psixiki inkişafının hərəkətverici qüvvələri, şərati və qanunauyğunluqları təşkil edir. Psixi inkişafın hərəkətverici qüvvələri anlayışı altında insanın psixi inkişafına təkan verən, onu müəyyən istiqamətə yönəldən səbəblər başa düşülür. Uşağın psixi inkişafının hərəkətverici qüvvələri, hər şeydən əvvəl, fəaliyyətdə yaranan yeni tələbatlarla bu tələbatları ödəmə imkanları arasındakı dialektik ziddiyyətdən ibarətdir. Bu ziddiyyət yalnız kiçik yaş deyil, bütün yaş dövrləri üçün xarakterikdir. Lakin həmin ziddiyyətlər özünü göstərdikdə yaşdan asılı olaraq müəyyən spesifik xüsusiyyətə malik olurlar. Psixi inkişafın şəraiti adı altında daima təsir edən elə daxili və xarici amillər nəzərdə tulur ki, onlar hərəkətverici qüvvələr olmasalar da, inkişafa təsir göstərir, inkişafın gedişini istiqamətləndirir. Psixi inkişafın qanunauyğunluqlarına gəldikdə, onlar ümumi və xüsusi qanunauyğunluqlardan ibarətdir. Həmin qanunauyğunluqların köməyi ilə insanın psixi inkişafını qeyd etmək və bunun köməyi ilə həmin inkişafı idarə etmək mümkündür.
Yaş Çopra
Yaş Ray Çopra (hind. यश चोपड़ा; 27 sentyabr 1932, Lahor, Britaniya Hindistanı – 21 oktyabr 2012, Mumbay) — Hindistan kino aktyoru, prodüser və ssenari müəllifi. Yaş Çopra 27 sentyabr 1932-ci ildə Lahorda anadan olub. Film çəkmək üçün 1973-cü ildə "Yash Raj Films" kino şirkətini yaratmışdır, hansı ki, bu şirkət Hindistanın ən böyük kino şirkəti idi. Həmin şirkət 20-dən çox film çəkmişdir. Ona görə də Yaş Çopra hind kino tarixinin ən böyük rəhbərlərindən biri hesab edilir və onu Bollivudun "Romantika kralı" adlandırırlar. O, 2005-ci ildə Padma Bhuşan ordeni ilə təltif olunmuşdur. Yaş Çopra 21 oktyabr 2012-ci ildə Hindistanın Maxaraştra ştatının Mumbay şəhərində vəfat etmişdir.
Orta yaş böhranı
Orta yaş böhranı, 1965-ci ildə Eliot Jaques tərəfindən işlədilmiş termindir. Yetkin insanların öz ölümləri barədə düşünməyə, geri qalan həyatını hesablamağa başlaması ilə xarakterizə olunur. Qadınlarda menopauza, kişilərdə isə andropauzadan əvvəl dəyişən hormonlarla əlaqədar olaraq cinsi istəklərin artımına verilən ümumi addır. Qadınlarda böhranlı yaş dövrü 40 yaşından sonra başlayır. Bu böhranlı dövr 55 yaşa qədər davam edə bilər. Bu yaşda qadın artıq yaşının keçdiyini, qocaldığını düşünməyə başlayır. Qadınlar bu hisslərinə görə depressiyaya düşə və ya yenidən sevə bilərlər.
Qadının üç yaş dövrü (roman)

Digər lüğətlərdə